Bəhreynin islamçı əl-Vifaq cəmiyyəti Ali-Xəlifə rejiminə bağlı qüvvələrin ötən 3 gün ərzində 12 nəfəri həbs etdiyini, 6 aksiya iştirakçısını yaraladığını və ölkənin 47 məntəqəsində etiraz aksiyalarının keçirildiyini bildirib.
Əl-Vifaq çəmiyyəti bir bəyanat yayaraq bildirib ki, ötən 3 gün ərzində 1-i uşaq olmaqla 12 nəfər həbs edilib və təhlükəsizlik qüvvələri 9 evə basqın ediblər.
Bu məlumata görə, ölkənin 47 məntəqəsində o cümlədən paytaxt Manamada etiraz aksiyaları keçirilib.
Ali-Xəlifə rejiminə bağlı qüvvələr həmçinin, Cədd Əli kəndində bir dini mərasimə yürüş edərək, mərasimin keçirildiyi məkana gözyaşardıcı qaz bombaları atıblar.
Bəhreyn xalqı 2011-ci ildən Ali-Xəlifə rejiminə qarşı mübarizə aparır, hakim rejimin devrilməsini istəyir. İndiyə kimi yüzlərlə bəhreynli şəhid edilib, yaralanıb və ya həbs olunub.
Ərəbistan ordusu da Bəhreyn xalqının yatırdılmasında Ali-Xəlifə rejiminə dəstək verir.