
ATƏT rəsmi Bakıya məxfi xəbərdarlıq edib ki, qurumun Bakı ofisi fəaliyyətini dayandıra bilər!
ATƏT-in baş katibi Lamberto Zanyer martın 15-də ikitərəfli münasibətləri, eləcə də Qarabağ münaqişəsinin nizamlanmasının gedişini müzakirə etmək üçün Bakıya səfər edəcək. Səfər zamanı onun prezident İlham Əliyev, XİN rəhbəri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.
A.Zanyerin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşünün olub-olmayacağı açıqlanmır.
Diplomatik qaynaqlardan bildirilib ki, rəsmi Bakı ATƏT-in Azərbaycanda fəaliyyətinin tamamilə məhdudlaşdırılması istəyir.
Azərbaycan Respublikası jökuməti ATƏT-in apardığı fəaliyyəti «zərərli» adlandırıb.
Hökumət ATƏT-dən tələb edir ki, həyata keçirdiyi bütün layihələri Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırmalıdır. Digər tərəfdən isə rəsmi Bakının bu tələbi ATƏT-in əksxəbərdarlıq etməsinə gətirib çıxarıb. Beləki, Bakı ofisinin fəaliyyətinin tam məhdudlaşdırılması barədə qərar verilsə, missiya Tiflisdəki fəaliyyətinin həcmini genişləndirəcək.
Xatırladq ki, martın 9-da Novxanıda ATƏT-in təşkil etdiyi, müxalifətçi gənclərin də qatıldığı seminara polis müdaxiləsi olmuşdu. Gənclər həbs edilərək polis bölməsinə aparlmışdı, tədbirdə müdaxiləyə görə dayandırılmışdı.
