İslam İnqilabının Böyük Rəhbəri- Həzrəti Ayətullah-ul-uzma Xamenei ölkə prezidenti və nazirlər kabineti ilə görüşdə gecə-gündüzlü və son dərəcə iri həcmli iş və səyi, habelə inqilab şüarlarını daxili və xarici səhnələrdə nəzərə çarpdırmasını dövlətin təqdirəlayiq özəlliklərindən adandıraraq, cənab Əhmədinejad ilə onun həmkarlarının zəhmət və səylərini səmimi şəkildə yüksək qiymətləndiriblər.
İslam İnqilabının Böyük Rəhbərinin ofisi bilidirb ki, Həzrəti Ayətullah-ul-uzma Xamenei mübarək Ramazan ayının beşinci günündə ölkə prezidenti və nazirlər kabineti ilə görüşdə dövlət üzvlərinin bu iclasdakı hesabatlarını görülmüş iş və göstərilmiş xidmətlərin bir təzahürü adlandırıb və bildiriblər ki, bu hesabatlar xalqın nəzərinə çatdırılmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri bəzi müxaliflər, xarici medialar və daxildə bəzi şəxslərin dövlətin səylərinə göz yummağa səy etmələrinə işarə edərək, əlavə ediblər: Bəziləri hətta dövlətin hiss olunan xidmətlərini də inkar edirlər, lakin mühüm olan məsələ budur ki, görülmüş iş və göstərilmiş xidmətlər ölkənin ümumi atmosferində bəyan edilib, qeyd olunmalıdır.
Həzrəti Ayətullah-ul-uzma Xamenei dövlətin yaxşı işləri və gecə-gündüzlü səylərini xatırladaraq, belə qeyd ediblər: Son səkkiz ildə hamı hiss və dərk etdi ki, möhtərəm prezident və onun əməkdaşları çətinliklərə dözərək, bütün dövlətlər və digər dövrələrə nisbətən son dərəcə iri həcmli və çox sürətli işlər görürlər ki, bu gerçəklik qabarıq və təqdirəlayiq bir cəhətdir.
Böyük İnqilab Rəhbəri dövlətin “digər ölkələrin məsul şəxsləri”nin imtiyazlarından istifadə etməkdən çəkinməsinə işarə edərək, vurğulayıblar: İmtiyazlara etinasızlıq, fasiləsiz iş və dinclik və istirahətdən cəkinmə bu dövlətin ən böyük işidir və mühakimə yürütmək niyyətində olan bütün kəslər bu dəyərli cəhətlərə diqqət yetirməlidirlər.
Böyük İnqilab Rəhbəri dövlətin inqilabın şüarlarını ölkə daxili və xaricində qabarıqlaşdırmaq üzrə addımlarını yüksək dəyərləndirərək, əlavə ediblər: “Beynəlxalq təşkilatlarda inqilabın məqsəd, stimul və üslubları”nın bəyanında xəcalət hissi keçirməmək dövlətin böyük işlərindəndir.
Həzrəti Ayətullah-ul-uzma Xamenei öz çıxışlarının digər bir hissəsində Həzrəti Əmir-əl-möminin(ə)-ın Nəhc-ül-Bəlağədə böyük övladı- Həzrəti İmam Həsən(ə)-a olan vəsiyyətindən hissələr qiraət edərək, deyiblər: Həzrəti Əli(ə) bu sözlərdə dünyanın çətin, uzun və təlatümlə dolu yolundan keçmək üçün iki dəyərli tövsiyə edirlər: 1- Bu yol üçün lazım olan vəsaitin hesablanıb, hazırlanması, 2- Bu yolda öz yükünün azaldılması.
O həzrət vacib işlərin görülməsi və haram şeylərin tərk edilməsini dünyadan qiyamətə doğru gedən yoldan salamat keçmək üçün lazım olan minimum vəsait adlandıraraq, əlavə ediblər: Əlbəttə, bu minimumlar ilahi nurların cəzbinə zəmin yaradacaqlar.
Cənab Əhmədinejadla nazirlər kabineti üzvlərinin İnqilab Rəhbəri ilə sonuncu iclası olan bu görüşün sonunda ölkə prezidenti və onun nazirlər kabinetinin üzvləri Həzrəti Ayətullah-ul-uzma Xameneinin əlindən bir cild Quran hədiyyə alıblar.
Şam və xıftən namazlarının qılınması, yadigar foto-şəkilin çəkiməsi və iftar ziyafəti bu görüşə xas bir mənəviyyat və səmimilik bəxş etmişdi.
Bu görüşün əvvəlində cənab Əhmədinejad doqquz və onuncu dövlətlərin fəaliyyətləri zamanı Həzrəti Ayətullah-ul-uzma Xameneinin himayələri, istiqamətləndirmələri, kömək və lütfkarlıqlarına görə təşəkkür edib, İslam İnqilabının Böyük Rəhbərinə üzünü turaraq, vurğulayıb: Bizim hamımız hər bir şəraitdə inqilab, ölkə və sizin xidmətinizdə olacağıq.