DünyaİranÜMUMİXƏBƏRLƏR

Atom tərksilahı; İranın Qoşulmama Hərəkatı çərçivəsindəki səyləri

İranın sədrliyi ilə Qoşulmama Hərəkatının koordinasiya şurasının aylıq iclası bu hərəkata üzv ölkələrin nümayəndələrinin iştirakı ilə BMT qərargahında keçirilib.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi və Qoşulmama Hərəkatının koordinasiya şurasının sədri Məhəmməd Xəzai bu iclasda etdiyi çıxışında iki iclas arasındakı dövrdə bu hərəkata rəhbərliyin fəaliyyətləri barəsində hesabat verib.

Qoşulmama Hərəkatının koordinasiya şurasının rəhbəri Xəzai İranın dünyada və Yaxın Şərq regionunda atom tərksilahı bayraqdarlarından biri olduğunu qeyd edərək deyib: Tehran BMT-nin Tərksilah konfransında Qoşulmama Hərəkatının iştirakı üçün xüsusi səylər göstərəcək.

Atom tərksilahı barəsində BMT Baş Assambleyasının ali iclası 2013-cü il sentyabr ayında keçiriləcək. Bu iclasdan öncə Nüvə Silahlarının Yayılmamasına dair Sazişə yenidən baxış üzrə hazırlıq komitəsinin 2-ci iclası da aprel ayında keçiriləcək.

120 üzvü olan Qoşulmama Hərəkatı ötən il yayın sonlarında Tehranda keçirilən 16-cı sammitdə bir bəyanat verərək bildirdi ki, bütün ölkələr heç bir ayrı-seçkilik olmadan və əlaqədar hüquqi öhdəliklər çərçivəsində sülhməramlı məqsədlər üçün nüvə enerjisinin genişləndirilməsi, təhqiqi, istehsalı və istifadəsi istiqamətində öz təbii və inkar olunmaz haqlarından istifadə etməlidirlər. Buna görə heç bir məsələ elə bir formada təhlil olunmamalıdır ki, sülhməramlı məqsədlər üçün nüvə enerjisindən istifadədə ölkələrin hüquqları məhdudlaşsın və ya qadağan olunsun.

Bu baxışa əsasən, tam şəkildə atom tərksilahı Qoşulmama Hərəkatının əsas prioritetidir.

İran İslam Respublikası da bu strategiya ilə 26 fevralda Qazaxıstanın ev sahibliyi ilə Almatıda təşkil olunacaq “altılar” qrupu ilə nüvə müzakirələrinə daxil olmaq istəyir.

2012-ci il may ayında təsdiqlənən Şimali Atlantik Alyansı NATO-nun nüvə silahlarına malik ölkələr doktrinasında nüvə silahlarından istifadə məsələsi irəli sürülüb və bəzi hallarda əsaslandırılıb. Şübhəsiz bu mənfi strategiya nüvə silahlarına malik ölkələr tərəfindən bütün atom silahlarının məhv olunması istiqamətində irəliləyişin zəif şəkildə hərəkət etməsinə səbəb olur. Elə buna görə BMT Tərksilah Komissiyası tərksilah barəsində prinsiplər, göstərişlər və tövsiyələrin tənzimlənməsində ciddi maneələrlə üzləşib. Belə ki, atom tərksilahı barəsində xüsusi tövsiyələr toplusunu təqdim edə bilməmişdir. Halbuki atom silahı beynəlxalq təhlükəsizlik üçün bir təhdiddir və atom silahına malik ölkələrin bu silahları məhv etməyə sadiq qalmamaları bu nigaranlıqları maksimum həddə artırmışdır.

İran İslam Respublikası Yaxın Şərq və dünyanın atom silahından təmizlənməsinin zəruriliyini vurğulayır və bu məqsədin reallaşması üçün beynəlxalq iclaslarda lazımi həll yollarının təqdim olunmasında öncül olmuşdur. Buna əsasən İran 2012-ci il aprel ayında Tehranda “Atom silahı heç kim üçün, nüvə enerjisi hamı üçün” şüarı altında Nüvə Silahlarının Yayılmaması üzrə Beynəlxalq Konfransı təşkil etdi. İranın qənaətincə, atom silahları təhlükəsini aradan qaldırmağın yeganə yolu bu silahları azaltmaq deyil, tam məhv etməkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu