İslami İran Hüseyn(ə) Ərbəini axşamında qəm və kədər içindədir.
İmam Hüseyn(ə) altmış birinci hicri qəməri ili məhərrəm ayının onunda Kərbəlada əlli yeddi yaşında şəhid olub.
Həzrət İmam Hüseyn(ə) Kərbəla hadisəsini şərh edərkən aydın formada deyir: Mənim bu hərəkətdə məqsədim Yəzidin anti-İslam hökumətini rüsvay etmək, yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməkdir. Zülm və zorakılıq qarşısında müqavimət göstərməkdir. Quran-Kərimi himayə etmək və İslam dinini müdafiə etməkdən başqa hədəfim yoxdur.
İran xalqı bu gecə İmam Hüseyn(ə)-ın şəhadətinin qırxıncı gecəsində hüseyniyələr, məscidlər və müqəddəs məkanlarda o cümlədən İmam Rza(ə)-ın hərəmində əzadarlıq etməklə məşğuldur.
İran İslam Respublikası Radio və Televiziya Təşkilatı adından Hüseyn(ə) Ərbəini münasibətilə dünya müsəlmanları xüsusilə şiələrə başsağlığı veririk.