AvropaXƏBƏRLƏR

Avro məkanında işsizlik həddi İƏİT ölkələrini geridə qoydu

Avro məkanında işsizlik həddi maksimum həddə çatıb və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdəki orta işsizlik səviyyəsini də geridə qoyub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı çərşənbə axşamı bildirib ki, Avrodan istifadə məkanında işsizlik səviyyəsi 12.2%-ə yəni, 19 milyon 220 min nəfərə çatıb.

Bu statistikadan aydın olur ki, avrodan istifadə edən 17 ölkə ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv digər ölkələr arasında işsizlik baxımından fərq böyükdür.

Ekspertlərin rəyinə görə, İtaliya işsizlik səviyyəsinin artmasında daha böyük paya malikdir. Çünki, bu ölkədə işsizlik səviyyəsi may ayında 12.2%-i ötüb.

Avropa 2008-ci ildə maliyyə böhranı ilə üzləşib. İndi bəzi Avropa ölkələrinin o cümlədən Yunanıstan, Portuqaliya, İtaliya, İrlandiya və İspaniyanın tamamilə iflasa uğraması təhlükəsi mövcuddur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu