DünyaXƏBƏRLƏR

Avro zonada işsizlik səviyyəsi durmadan artır

Rəsmi statistikalar fevral ayında avro zonada işsizlik səviyyəsinin artdığını göstərir.

EuroStat statistika müəssisəsi çərşənbə axşamı günü verdiyi məlumatda bildirib: Avro zonada işsizlik səviyyəsi fevral ayında 12%-ə çatıb. Halbuki avro zonada yanvar ayında işsizlik səviyyəsi 11,9% olmuşdur.

Bu məlumata görə, ötən illə müqayisədə avro zonada 1 milyon 780 min nəfər işsizlərə qatılıb.

EuroStat müəssisəsinin məlumatına görə, avro zonada işsizlik səviyyəsinin ən yuxarı göstəricisi İspaniyada qeydə alınıb. Belə ki, bu ölkədə işsizlik səviyyəsi 26,3%-dir.

Bu məlumatda ən az işsizlik səviyyəsi Avstriyada 4,8% və Almaniyada isə 5,4% elan olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu