Mübariz ruhani Hacı Tale Bağırova qarşı Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən gülünc ittham vurulub.
Vəkil Anar Qasımlının İslamazeri saytına verdiyi məlumata əsasən, 234.1 maddəsilə ittiham olunan Hacı Tale Bağırov vəkili ilə ancaq sabah görüşə biləcək.
İşi müstəntiq Anar Miralayev aparır.
3 ilədək müddətə azadlıqdan məhrumetmədən 7 ilədək azadlıqdan məhrum edilməklə yanaşı, əmlakının müsadirəsi, vəzifədən məhrum edilməsi və s. cəza növlərini nəzərdə tutan 234 maddəsinin 1-ci bəndi satış məqsədi olmadan qanunsuz şəkildə narkotik vasitəni əldə edib saxlamağa görə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzasına aiddir!
Belə bir maddənin tanınmış mübariz ruhaniyə qarşı irəli sürülməsi dindar və qeyri dindar vətəndaşların hüquq mühafizə orqanlarına qarşı hiddət və nifrətinə səbəb olub.