DünyaXƏBƏRLƏR

Avropa Birliyi dünyanın siyasi xəritəsindən silinə bilər

Fransa prezidenti maliyyə siyasətlərinin ahəngdarlaşdırmaq üçün Avro məkanının “İqtisadi Dövlət”in təşkilinə ehtiyaclı olduğunu deyərək, vurğulayıb: Əks halda süqut qaçılmaz olacaq.

Avropa Birliyinin yeni maliyyə və büdcə çatışmazlığı böhranı ilə üzləşməsinin ardınca Fransua Oland Avro məkanı üçün yeni bir İqtisadi Dövlətin yaradılmasını istəyib.

Oland yerli və xarici jurnalistlərlə 2-ci mətbuat konfransında deyib: Maliyyə böhranı üzərimizə kölgə salıb və onun ağırlığını hər gün daha çox hiss edirik. Bu gün Avropanı çətinliklərlə üzləşdirən məsələ maliyyə böhranı yox, iqtisadi qənaət siyasəti nəticəsində iqtisadiyyatın çökməsidir.

Fransa sosialistlərinin rəhbəri Avro məkanına üzv ölkələr arasında daha artıq siyasi və maliyyə əməkdaşlığını zəruri hesab edərək, deyib: Güclü bağlantılar olmadan Avropanın süqutu, dünyanın siyasi xəritədən və hətta, insanların yaddaşlarından silinməsi qaçılmaz olacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu