AsyaAvropaDünyaİranXƏBƏRLƏR

Avropa Birliyinin sözçüsü İranla nüvə müzakirələrində yaxşı irəliləyişdən xəbər verib

Avropa Birliyinin sözçüsü bildirib ki, bu orqanın və İranın məsul şəxsləri Cenevrə müzakirələrində nüvə razılaşmasının icrası barədə son dərəcə yaxşı irəliləyişə nail olublar.

iki tərəfin rəsmiləri cümə axşamı və cümə günləri iyirmi dörd noyabr razılaşmasını icra etmək üçün yerdə qalan icra məsələlərini həll etmək üçün görüşüblər.
Avropa Birliyinin sözçüsü- Maykl Mann Avropa Birliyi və İran rəsmilərinə işarə edərək, deyib: Avropa Birliyinin xarici siyasət məsələləri üzrə məsul şəxsi- Ketrin Eştonun müavini- Helqa Şmidt və İran xarici işlər nazirinin müavini- Abbas İraqçı bəhs olunan mövzu ilə bağlı bütün məsələlərdə yaxşı irəliləyişə malik olublar.
Mann əlavə edib: Bununla belə, hər cür razılaşma İran İslam Respublikası və onun nüvə fəaliyyətləri barədə müzakirə aparan altı dünya qüdrətinin dövlətləri tərəfindən təsdiq olunmalıdır.
Avropa Birliyi altı qərb ölkəsinin nümayəndəsi kimi İranla əlaqə yaradır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu