Suriya İnformasiya nazirinin müavini, Amerika və Sionist rejimi Suriya böhranını qızışdırmaq üçün regionda tayfaçılıq fitnələri törətməkdə ittihamlandırıb.
Suriya İnformasiya nazirinin müavini Xələf Əl-Miftah Əl-Aləm Telekanalına verdiyi müsahibədə, ABŞ və Sionist rejimin Region ölkələrini Suriya böhranına cəlb etmək haqda xəbərdarlıq edərək, deyib: Son 50 il ərzində Amerika və Sionist rejim başçıları, regionda öz strategi məqsədlərinə nail olmaq üçün daima tayfaçılıq və dini fitnə törətmək ardınca olublar və hazırda isə Suriya böhranını alovlandırmaqla öz çirkin məqsədlərinə çatmaq ardıncadırlar.
Suriya İnformasiya nazirinin müavini həmçinin Suriyada coğrafi sərhədlərin aradan qaldırılması və ölkədə dinlər və tayfalar arasında sərhədlər yaradılması haqda xəbərdarlıq edərək deyib: Suriya Ordusu terorçuları müəyyən bir məntəqədə mərkəzləşdirmək siyasətini izləyərək, terrorçuların ölkənin bütün nöqtəsinə yayılmalarına icazə verməyib və bu siyasət isə terrorçu qruplarla mübarizə aparmaq üçün Suirya Ordusunun önəmli strategiyası ilə yanaşıdır.
Suriya strategiyası və hərbi məsələləri üzrə ekspert Türki Həsən isə Əl-Aləm Telekanalı ilə müsahibədə, Suriya Ordusunun terrorçulara qarşı qələbə əldə etdiklərinə toxunaraq deyib: Terrorçuların mühasirə halqası getdikcə kiçilir və Suriya Ordus ölkənin müxtəlif vilayətlərini öz nəzarətləri altına almağa müvəffəq olublar.