Avropa və sionist rejim əlaqələrində böhran
Sionist rejimin Xarici İşlər Nazirliyi cümə günü Avropa Birliyinin Təl-əvivlə əməkdaşlıqlarında İşğal Edilmiş Məntəqələri istisna edən Avropa Birliyinin yeni qanun layihəsini araşdırmaq üçün Fransa , İngiltərə və Almaniyanın səfirlərini çağırtdırdı.
Adının açıqlanmasını istəməyən sionist rejimin bir diplomatik mənbəyi Frans-Press Xəbər Agentliyinə belə bildirib: Fransa və İngiltərənin səfirləri habelə Almaniya səfirinin olmamasına görə bu səfirliyin ikinci ən mühüm şəxsi Avropa Birliyinin yeni qanun layihəsinin mehvərləri haqda bəhs üçün Xarici İşlər Nazirliyinə çağırıldılar.
O sonra deyib: Biz bu səfirlərə dedik ki, öz ölkələrinə elan etsinlər ki, İsrail dövləti qeyd edilən şəraiti qəbul etməyəcək və bu qərar İsraillə ciddi böhranın yaranmasına səbəb ola bilər.
Cümə günü Avropa Birliyinin rəsmi qəzetində yayımlanan qanun layihəsinə əsasən İordan Çayının Qərb Sahili, Beytülmüqəddəsin Şərqi, Qəzzə Zolağı və Cövlan-dan ibarət olan sionist İsrail rejiminin 1967-ci ildən bəri işğal etdiyi məntəqələr 2014-cü milad ilindən Avropa-İsrail əməkdaşlıqları üzrə razılıqlarından istisna ediləcəklər.
Həmçinin Avropa Birliyinin işğal edilmiş İordan Çayının Qərb Sahili məntəqələrinə maliyyə yardımlarını kəsməsi sionist rejim başçılarının qəzəbinə səbəb olub.