Pakistanda iki tayfa arasında baş verən qarşıdurma 11 nəfərin ölümü və yaralanması ilə nəticələnib.
Çərşənbə günü(27 noyabr) Şimalı Vəziristan əyalətində Speen Won məntəqəsində iki tayfa arasında şiddətli qarşıdurma baş verib.
Qarşıdurma 11 nəfərin ölümü və yaralanması ilə nəticələnib.
Daxil olan məlumata əsasən, iki gün bundan öncədən bu qarşıdurmalar başlanıb və hələ də davam etməkdədir.
Bu iki tayfanın o məntəqədəki torpaqların mülkiyyəti barədə ixtilafı, qarşıdurmalara səbəb olub.