Qumun təqlid mərcələrindən olan Ayətullah Nasir Məkarim Şirazi söyləyib: BMT və bu təşkilatın Təhlükəsizlik Şurası qlobal sülh və təhlükəsizliyi bərqərar etməkdə acizdirlər.
Müxbirimiz məlumat verib: Ayətullah Məkarim Şirazi bu gün şənbə bildirib: Qərblilər elə bir halda qlobal sülh iddiası ilə çıxış edirlər ki, artıq dünya ictimaiyyəti üçün onların özlərinin təhlükə və ədalətsizlik amili olduqları sübut olunmuşdur.
Bu şiə təqlid mərcəyi əlavə edib: Təhlükəsizlik Şurası da üzdən iraq insan haqları təşkilatları sülh və təhlükəsizliyi bərqərar etməkdə aciz olduqlarını nümayiş etdiriblər.