AsyaDünyaİraqXƏBƏRLƏR

Ayətullah Sistani iraqlıları təmkinli olmağa çağırdı

İraq şiələrinin böyük mərcə təqlidi bütün iraqlıları ölkənin hazırkı ağır və həssas şəraitində təmkinli olmağa çağırıb.

İraqın Bərasa Xəbər Agentliyinin məlumatına görə, İraq şiələrinin böyük mərcə təqlidi Ayətulla Sistaninin ofisindəki məsul şəxs şənbə günü Nəcəf-Əşrəfdə jurnalistlərlə müsahibədə deyib: Dini ali mərcə bütün İraq vətəndaşlarından hazırkı ağır və həssas vəziyyətdə tam təmkinli olmalarını və cəmiyyətin müxtəlif kütlələri arasında dostluğun güclənməsi üçün çalışmalarını istəyir.

Bu mənbə əlavə edib: Ayətullah Sistani İraq xalqının vəhdətinə zərbə vuracaq etnik və tayfa obyektli bütün hərəkətlərdən uzaq qalmağı istəyib.

Nəcəf-Əşrəf şəhərində şiələrin böyük mərcə təqlidi iki gün öncə də fitva verərək bildirib ki, vətənini qorumaq uğrunda ölən hər bir şəxs şəhiddir.

Ayətullah Sistani əli silah tuta biləcək bütün şəxslərdən terrorçularla mübarizə üçün döyüşə qatılmalarını istəyib.

İraqın müxtəlif vilayətlərinin yüz minlərlə sakini terrorizmlə mübarizə ilə əlaqədar Ayətullah Sistaninin cihad fitvasına əsasən terrorçularla döyüşmək üçün könüllülərin qəbulu mərkəzlərinə müraciət edib.

“İraq və Şam İslam Dövləti” terror qruplaşmasının ünsürləri ötən günlərdə bir qrup Bəs qalığı və İraqın edam olunmuş diktatoru Səddam ordusunun hərbi zabitlərinin əməkdaşlığı ilə İraqın bəzi şəhərləri, o cümlədən İraqın şimalında yerləşən Mosula hücum ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu