FələstinXƏBƏRLƏR

Fələstinli liderlər Con Kerrinin təklifini rədd etdilər

Fələstinli liderlər səs çoxluğu ilə sionistlərlə təslimçi müzakirələrin yenidən başlanmasına dair ABŞ dövlət katibi Con Kerrinin təklifin rədd ediblər.

Cümə axşamı günü Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbasın iştirakı ilə keçirilən toplantıda bir araya gələn fələstinli liderlər səs çoxluğu ilə sionistlərlə təslimçi müzakirələrin yenidən başlanması ilə əlaqədar ABŞ dövlət katibi Con Kerrinin təklifini rədd ediblər.

Bu iclasda iştirak edən müstəqil fələstinli nümayəndələrdən Mustafa Bərqusi deyib: Kerri sionistlərin qəsəbə salmanı dayandırmaları üçün lazımi təzminatlar verməyib və müzakirələrin əsası olaraq aydın perspektiv irəli sürməyib.

Con Kerrinin layihəsində İsrail rejiminin 1967-ci ildə işğalçılığından öncəki sərhədlərdə müstəqil Fələstinin təşkil olunmasına dair 2011-ci ildə ABŞ prezidenti Barak Obamanın çıxışına əsasən müzakirələrin yenidən başlanması proqnoz olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu