AsyaDünyaXƏBƏRLƏR

Bu gün İmam Əli(ə)-ın miladının ildönümü günüdür

Bu gün Rəcəb ayının on üçü Həzrət İmam Əli(ə)-ın miladının ildönümü günüdür.

İslam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın(s.ə.s) əmisi oğlu olan Həzrət Əli ibn Əbutalib(ə) Rəcəb ayının on üçündə Kəbə divarının anası xanım Fatimə bint Əsədin üzünə açılması və onun Kəbə evinə daxil olması ilə, Kəbə evində dünyay göz açıb.
İmam Əli(ə) yeniyetməlik dövründən İslam Peyğəmbərinin(s.ə.s) yanında olaraq, onun tərəfindən tərbiyə edilib.
Əli(ə) Həzrət Məhəmməd(s.ə.s)-in əziz qızı xanım Fatimə ilə ailə həyatı qurur. Bu evlilik nəticəsində İmam Həsən(ə) və İmam Hüseyn(ə) adlı iki övladları dünyaya gəlir. Onların nəslindən gələn məsum imamlar isə daha sonra İslam Ümmətini hidayət etmək və İslam Peyğəmbərinin(s.ə.s) risalətini davam etdirmək kimi mühüm bir vəzifənin daşıyıcıları olurlar.
İranın inqilabçı və mömin xalqı İmam Əli(ə)-ın səadətli miladı gününü “Atalar Günü” olaraq qeyd edir. Bu münasibətlə dünən axşam İranda xüsusi tədbirlər və şənlik mərasimləri təşkil edilmişdi.
“Səhər” telekanalının “Xəbərlər” redaksiyası Həzrət İmam Əli(ə)-ın səadətli viladəti münasibəti ilə bütün dünya azadlıqsevərlərini təbrik edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu