Livan prezidenti, Sionist İsrail və Beynəlxalq terrorizmi Livanın təhlükəsizliyi və sabitliyini hədələyən iki təhlükə adlandırıb.
Livan prezidenti Mişel Süleyman ötən gün (cümə axşamı 5 sentyabr) Sionist İsrail və beynəlxalq terroizmin Livanın təhlükəsizliyini və sabitliyini hədələyən xarici təhlükələr olduğu barədə xəbərdarlıq edib.
Mişel Süleyman deyib ki, Livanı özünə təhlükə hesab edən Sionist İsrail hələ də livanlı qruplar arasında təfriqə törətməyi və beynəlxalq normalara və BMT qanunlarına zidd olaraq bu ölkəyə təcavüzünü davam etdirir.
Livan prezidenti açıqlayıb: Terrorçu şəbəkələr yaratmaq, partlayışlar və raket hücumları həyata keçirmək, insan girov götürmək kimi hərəkətlərlə Livanın hakimiyyətini pozmaq və ölkədə böhran törətmək üçün beynəlxalq terrorizmin həyata keçirdiyi addımlarının yalnız bir güşəsidir.
Mişel Süleyman xatırladıb ki, qanun qarşısında təslim olmaq və konstitusiyaya qarşı hörmətlə yanaşmaq, ölkə qurumlarına qarşı etimadın edilməsi üçün siyasi rəhbərlər arasında birliyin yaranması Livanı hədələyən təhlükələrlə qaşılaşamanın əsas yolları hesab olurlar.
Livanda terrorçu əməliyyatların artması və son aylarda sionist İsrail rejimin bu ölkənin ərazi bütövlüyünə qarşı təcavüzlərinin davam etməsinin ardınca, Livan rəsmiləri bütün quruplardan və Livan vətəndaşlarından istəyiblər ki, bu kimi təhlükələrlə qarşılaşmaq üçün artıq birlik və həmrəylik nümayiş etdirməyi əsas götürsünlər.