SuriyaXƏBƏRLƏR

“Suriya böhranın həlli, hərbi yol deyil”

İran Xarici İşlər Nazirliyinin sözçüsü elan edib: Suriyada hərbi müdaxilə üçün heç bir beynəlxalq qərar yoxdur.

Abbas İraqçi İSNA ilə müsahibədə ABŞ-ın müdafiə nazirinin Suriyaya qarşı hərbi yolları araşdırmasına reaksiya olaraq söyləyib: İran dəfələrlə elan edib ki, Suriya böhranın hərbi həll yolu yoxdur və təhrikedici hərəkətlər təkcə regionun vəziyyətini daha da mürəkkəbləşdirəcək.

İraqçi Suriya böhranın dinc yolla çözülməsinə işarə edərək bildirib: İran regionda əlavə gərginlik yaradan hər bir hərəkətə dair xəbərdarlıq edir.

İXN-nin sözçüsü ABŞ-ın regiona hərbi gəmi göndərməsi kimi təhrik edici hərəkət və sözlərini regionda vəziyyətin ağırlaşması amili kimi qiymətləndirərək bəzi ölkələrin ağılsız siyasətlərə yol verməyib, böhranları alovlandırmayacaqlarına ümidvar olduğunu bildirib.

ABŞ-ın müdafiə naziri Çak Heqel elan edib: Pentaqon, prezident Barak Obamanın müxtəlif seçimləri araşdırdığı təqdirdə ABŞ Suriyaya hücum edəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu