Dövlət müxaliflərinin Əl-Ənbar vilayətinin Əl-Rəmadi şəhərindəki düşərgəsinin yığışdırılmasına etiraz olaraq, İraq parlamentinin 44 nümayəndəsi istefa verib.
Bu nümayəndələrin istefa xəbəri dekabrın otuzunda bir televiziya informasiya yığıncağında elan olunub və bu nümayəndələr ordunun həmin məntəqədən çıxmasını istəyiblər.
İraqın təhlükəsizlik qüvvələri bazar ertəsi günü Əl-Rəmadi şəhərində antidövlət etirazçılarının çadırına hücum ediblər.
Bu qarşıdurmalarda üç təhlükəsizlik qüvvəsi daxil olmaqla on üç nəfər öldürülüb.
Bundan öncə İraqın baş naziri- Nuri Maliki etirazçıların yerləşdikləri məkanı “Əl-Qaidə rəhbərliyi üçün bir qərargah” adlandırmış və etirazçılardan istəmişdi ki, çadırları tərk etsinlər.
Həmçninin nümayəndələr Əhməd Əl-Əlvaninin azad edilməsini istəyiblər. Əl-Əlvani İraq parlamentinin üzvü və dövlət müxaliflərinin himayəçilərindəndir. O, şənbə günü həbs olundu.