AzərbaycanDünyaXƏBƏRLƏR

Azərbaycan-Ermənistan arasında dosluq görüşü

Avropa Şurası Parlament Assambleyasının 26 iyun iclasından sonra qurumun sədri Jan-Klod Minyon Azərbaycan və Ermənistan nümayəndə heyətlərini görüşdürüb. İki saata yaxın davam edən görüşdə nümayəndə heyətlərinin üzvləri tam tərkibdə iştirak edib.

Minyon jurnalistlərə müsahibəsində görüş barədə belə deyib: “Bu, dostlar arasında – Azərbaycan və Ermənistan nümayəndə heyətləri və AŞPA sədri arasında keçirilən görüş idi. Biz demokratiya evində dostlar kimi görüşməyi qərara aldıq ki, gələcəkdə hansı formada birgə işləyə biləcəyimizi müzakirə edək. Hər iki tərəfdən birgə işləmək üçün əsl istəyin olduğunu hiss etdim. Biz yenidən görüşəcəyik. Mən dostluq şəraitində keçən bu görüşdən zövq aldım”.
Bu görüşdə Ermənistan tərəfindən işğal olunmuş torpağların Azərbaycan Respublikasına qaytarılması müzakirə olunmayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu