DünyaXƏBƏRLƏR

Sionist rejim başçıları Beynəlxalq Cinayət Məhkəməsinin təqibindədirlər

Sionist Haarets qəzeti Beynəlxalq Cinayət Məhkəməsinin sabiq məsul şəxslərindən birinin bu rejimin məsul şəxslərindən bir qrupuna qarşı şikayətindən xəbər verib.

Haarets qəzeti yazıb: Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru və Yoqoslaviyada hərbi canilərin işləri üzrə məsul şəxs- Mervan Delan qeyd olunan məhkəməyə şikayət edərək, sionist rejimin Qəzzə sakinlərinə qarşı cinayətləri və bu rejimin Qəzzə zolağına hücumunu hərbi cinayət adlandırıb və bununla bağlı həmin rejim başçılarından on nəfərinin cəzalandırılmasını istəyib.
Bu qəzetin yazdığına görə, Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru cari milad ili iyunun 9-da həmin şəxslərə qarşı şikayətini bu beynəlxalq orqana təqdim edibdir. Həmin şəxslər Tzippi Livni, İhud Olmert, Əmir Pertz, Hayim Ramun, Yufal Deskin, Qabe Eşkinazi, Dan Haluts və Yuaf Qalentdir.
Haarets qəzetinin yazdığına görə, hakim Delal sionist rejimin on hərbi və qeyri-hərbi başçısı əleyhinə cinayət təhqiqatına başlayıb. Onlar 2006-cı ildə ikinci Livan müharibəsində beynəlxalq qanunları pozmaq və mülkiləri qırmaq, 2008-ci ilin dekabrında Qəzzə zolağına qarşı hərbi hücum və 2010-cu ilin mayında bu rejim ordusu komandoslarının azad sularda “Azadlıq” donanmasına qarşı hücumunda ittiham olunurlar.
Haarets yazır: Ola bilər, adları Delalın şikayət ərizəsində qeyd olunan sionist məsul şəxslər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən təqib və beynəlxalq məhkəmə müahidələrini imzalamış bəzi ölkələrdə həbs edilsinlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu