İraqın Daxili İşlər Nazirliyi çərşənbə günü ölkənin müxtəlif məntəqələrində o cümlədən Bağdadda həyata keçirilən terror aktları zamanı 170 nəfər ölüb və yaralanıb.
Çərşənbə günü Bağdadda bomba quraşdırılmış bir neçə avtomobilin partladılması habelə, İraqın müxtəlif məntəqələrindəki terror aktları zamanı 35 nəfər həyatını itirib, 134 nəfər isə yaralanıb.
Çin Xəbər Agentliyinin məlumatına görə, İraqın Daxili İşlər Nazirliyində kimliyinin gizli qalmasını istəyən bir mənbə son terror aktlarında 170 nəfərin ölməsi və yaralanması xəbərini təsdiq edib.
Bu hücumlar arasında ən qanlı və dəhşətli olanı Bağdadın 250 kilometr şimalında yerləşən Kərkük şəhərində baş verib. Bomba quraşdırılmış 2 avtomobilin partladılması nəticəsində 10 nəfər ölüb, 13 nəfər isə yaralanıb.