İranXƏBƏRLƏR

İran-MAQATE müzakirələri konstruktiv oldu

İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki(MAQATE) nümayəndəsi İran və agentliyin nümayəndə heyətləri arasında baş tutan görüşün başa çatmasından sonra müzakirələrin növbəti dövrünü uğurlu adlandırıb.

Vyanada İran İslam Respublikasının daimi nümayəndəliyində baş tutan görüşün ardınca İRİB müxbirinə verdiyi müsahibədə bu məqama toxunan Əli Əsğər Soltaniyyə əlavə edib: 8 saat davam edən qızğın müzakirə zamanı texniki məsələlər araşdırıldı, yerdə qalan məsələlərin həlli ilə bağlı tərəflərin təklifləri dinlənildi və bu təkliflərin araşdırılması qərara alındı.

Ə.Soltaniyə müzakirələrin konstruktiv atmosferə malik olduğunu qeyd edərək, deyib: Bu məsələ bir daha sübut etdi ki, İran İslam Respublikası MAQATE ilə əməkdaşlığını davam etdirir. Eyni zamanda İranın siyasi iradəsinin təzahürü idi bu müzakirələr. Biz şübhələrin aradan qaldırılması və nüvə fəaliyyətlərimizin tamamilə dinc məqsədlər üçün olduğunu sübut etmək üçün heç bir səydən çəkinmirik.

MAQATE baş direktorunun nüvə fəaliyyətlərinə nəzarət məsələləri üzrə müavini Herman Nakarets də çərşənbə günü jurnalistlər qarşısında deyib: Bu gün qızğın müzakirələrə malik olduq və danışıqlar prosesinin təkmilləşdirilməsi yolunu davam etdirəcəyik.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu