Həzrət İmam Hüseyn (ə)-ın ərbəyin astanasında İraqda hüseynçi əzadarlara qarşı törədilən terror aktlarında onlarla zəvvar şəhid olub , yüzə yaxın adam isə pis tərzdə yaralanıb.
İraqın Daxili İşlər Nazirliyi tərəfindən yayılan bəyanata istinadən qeyd edib : dünən günortadan sonra ( 19 dekabr ) Bağdadın cənubunda Əl-Düvrə məntəqəsində hüseynçi zəvvarlara qarşı törədilən partlayış 20 nəfərin şəhid olması və daha 40 nəfərin yaralanması ilə nəticələnmişdir.
Bağdadın cənubunda 25 kilometr aralıda yerləşən ” Yüsifiyyə ” məntəqəsində də törədilən bir terror aktında 8 nəfər zəvvar şəhid olub , 36 nəfər də yaralanmışdır.
İraqın təhlükəsizlik qaynaqlarının bildirdiyinə görə, Bağdaddan 40 kilometr aralıda yerləşən ” Lətifiyyə ” şəhərində də törədilən partlayış 8 nəfərin ölümü daha 18 nəfərin yaralanması ilə nəticələnmişdir.
Qeyd edək ki, çərşənbə günü də Bəqubə şəhərinin yaxınlığında hüseynçi zəvvarların əleyhinə edilən terrorçu hücumda 5 nəfər şəhid edilmişdir.
Habelə çərşənbə axşamı günü 8 nəfər və ondan bir gün qabaq isə Bağdadın cənubunda Məhmudiyə məntəqəsinin yaxınlığında iki maşına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 24 nəfər şəhid olub.