AzərbaycanXƏBƏRLƏR

Azərbaycan ordusu daha bir əsgərini itirdi

Azərbaycan Respublikası ordusunun əsgəri tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub

Bu gün saat 08.30 radələrində Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə silahlı insident olub. Müdadiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, N saylı hərbi hissəsində əsgər İmanov Elman Yaqub oğlu postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bildirir ki, 2013-cü ilin birinci rübündə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 23 nəfər itirib. İtkilərin 4-ü döyüş (erməni gülləsi), 19-i qeyri-döyüş itkisidir.
Ötən il ölkədə təhlükəsizlik və müdafiə sektorunun itkiləri 97 nəfər təşkil edib. Bunun cəmi 16 nəfəri döyüş itkisi hesab olunur.
Keçən il Azərbaycan Ordusunu itkilərinin sayı Ermənistandan 2 dəfə çoxdur.
Azərbaycan Respublikasında əsgərlərin qeyri- döyüş şəraitində ölümlərinə qarşı dəfələrlər etiraz aksiyası keçirilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu