Azərbaycan R-da islamçılara qarşı divan tutma siyasəti davam edir
Qaradağ Rayon Məhkəməsinin mübariz ruhani Hacı Abgül Süleymanovla bağlı çıxardığı qərardan Bakı Apellyasiya Məhkəməsinə verilən şikayətə iyunun 4-də baxılacaq. Bunu məhbus ruhaninin vəkili Cavad Cavadov bildirib.
Hacı Abgül Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub, 11 il müddətinə azadlıqdan məhrum edilib. Aprelin 24-də Qaradağ Rayon Məhkəməsi onun 6 ay müddətinə Qobustan həbsxanasına köçürülməsi haqqında qərar çıxarıb. Mayın 10-da vəkili bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.
Azərbaycan Respublikasında islamçılara qarşı məhkəmə işlərinin davamında İyunun 3-də Nərimanov Rayon Məhkəməsində hicab məhbusları Elçin Quliyev, Sahil Rzayev, Rauf Qarayev, Ülfət Qasımlı, Elşən Haşımov, Səxavət Quliyev, Bayraməli Vəlişov, Ruhid Abbasov, Elçin Məmmədov, Dadaş Vəliyev, Aydın Məmmədovun mühakiməsi davam edib. Vəkil Fariz Namazlı bildirib ki, prosesdə ittiham olunanlar son sözlərini deyib: “İyunun 4-də təqsirləndirilənlərə hökm oxunacaq”.
Ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında polis zorakılğı nəticəsində kəskin qarşıdurma olub . Hadisəyə görə 40-a yaxın şəxs həbs edilib.
Həmçinin bu gün məlumat verilib ki, İyunun 3-də Nərimanov Rayon Məhkəməsində bir qrup hicab məhbusuna hökm oxunub. “İslamazeri ” saytı xəbər verir ki, Ramil Vəliyev 6 il 6 ay, Elşad Rzayev 6 il, Arif Fətəliyev, Vahid Lələkişiyev, Ramil Mehdiyev 2 il, Elçin Məmmədov 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə araşdırılıb.
Təqsirləndirilən şəxslərin məhkəməsi qruplarla aparılır.
