İranXƏBƏRLƏR

İmam Xomeyni(r)in vəfatının 24-cü ildönümü günü

İmam Xomeyni(r)in vəfatının 24-cü ildönümü günü, imamın amallarını bir daha qəbul etməyi elan etmək və Vəliyi-Fəqihlə əhd-peymanları yenidən təzələmək günü üzrə mərasim, 3 İyun İmam Xomeyni(r)in pak məqbərəsində başlanacaq.

İran xalqından milyonlarla nəfər və dünyanın hər bir guşəsindən olan onu sevənlərin iştirak etdiyi bu mərasimdə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çıxış edəcəklər.

Ruhullah İmam Xomeyni(r)in mələkvari vəfatının 24-cü ildönümü o həzrətin bayraqdarı olduğu 15 Xordad qanlı Qiyamının 50-ci ildönümü gününə təsadüf edir.

15 Xordad İmam Xomeyni(r)in dahiyanə rəhbərliyi ilə İslam İnqilabının zəfər çalmasına, o zamanın tağutunun devrilməsinə və bütün dünyada İslam Ümmətinin oyanışına səbəb oldu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu