AzərbaycanİranXƏBƏRLƏR

Aslanduz Gömrük Keçid Məntəqəsi istifadəyə hazırdır

İran və Azərbaycan arasındakı 4-cü gömrük keçid məntəqəsi olan Aslanduz Gömrük Keçid Məntəqəsi istifadəyə hazırdır.

İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pakayin iki ölkənin sərhəd məntəqəsinə baxış keçirdiyi zaman Səhər kanalının bölgə müxbiri ilə müsahibədə deyib: İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri Aslanduz Gömrük Keçid Məntəqəsini istifadəyə verməyə hazırdırlar və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də mənimlə görüşdə ölkəsinin bu gömrük keçid məntəqəsini istifadəyə verməyə hazır olduğunu bildirib.
Möhsün Pakayin iki ölkə arasında gediş-gəlişi asanlaşdırmaq və digər gömrük məntəqələrindəki sıxlığı azaltmaq məqsədilə İran və Azərbaycan arasında 4-cü gömrük keçid məntəqəsinin istifadəyə verilməsi istiqamətində yekun işlərlə bağlı deyib: Azərbaycan Respublikası ilə lazımı ahəngdarlığa nail olmaq lazımdır. Eyni zamanda lazımi infrastrukturlar da yaradılmalıdır ki, iki ölkə vətəndaşlarının gediş-gəlişində artımın şahidi olaq.
İran İslam Respublikasının Bakıdakı səfiri Azərbaycan ilə Naxçıvan arasındakı fasilənin azaldılması baxımından Aslanduz Gömrük Keçid Məntəqəsinin istifadəyə verilməsinin əhəmiyyəti haqda deyib: Bu keçid məntəqəsi hər iki tərəf üçün siyasi, iqtisadi, mədəni və təhlükəsizlik baxımından böyük önəm kəsb edir.
İranın Bakıdakı səfiri 45 kilometrə kimi sərhəd məntəqələrində yaşayan sakinlərin vizasız gediş-gəlişinə imkan verən müqavilənin ləğv edilməsi haqda da deyib: Bu müqavilənin müddətinin başa çatmasından sonra, Azərbaycan tərəfi bu müqavilənin müddətini uzatmaq istəmədi. Və bildirdi ki, bu xüsusda əlavə araşdırmalara ehtiyaclıdır. İndi bu məsələ araşdırılmaqdadır və ümidvarıq yenidən bərqərar edilsin. İran tərəfindən biz bu müqavilənin müddətini uzatmağa öz hazırlığımızı bildirmişik.
Pakayin İmam Xomeyni(r.ə) adına İmdad Komitəsinin Azərbaycan Respublikasındakı fəaliyyətinin dayandırılması ilə bağlı təzyiqlər haqda da deyib: İmam Komitəsinin Bakıdakı filialı hələ də fəaliyyət göstərməkdədir. Xüsusilə də Komitənin klinikası fəaliyyətini davam etdirir və əhəmiyyət veriləcək qədər ciddi problemlər yoxdur.
İranın Bakıdakı səfiri İran və Azərbaycan arasındakı müqavilələrin icra mexanizmi haqda da deyib: İqtisadi, sərhəd və gömrük əməkdaşlıqlarının davam etdirilməsi üzrə Azərbaycan ilə məsləhətləşmələrimiz davam edir. İki tərəf arasında imzalanan müqavilələr adətən icra olunur. Son aylar ərzində iki ölkənin sərhəd qoşunları və gömrük rəsmiləri arasında görüş keçirilib. Görüş Gömrük rəislərinin müavinləri səviyyəsində keçirilib.
Pakayin bir İran sərhədçisinin ötən il Azərbaycan sərhədçiləri tərəfindən öldürülməsi haqda da deyib: Bu xəbər artıq köhnəlib. Sərhədçilər gəlib, danışıqlar apardılar və memorandum imzaladılar. Sərhədçilər arasında hər ay görüşlər təşkil edilir. İranın sərhəd qoşunları komandanı cənab Zülfüqari və Azərbaycan Respublikası Sərhəd Qoşunları komandanı Elçin Quliyev davamlı olaraq bir-biri ilə əlaqə saxlayırlar və son aylar ərzində iki ölkə sərhədində hansısa problemin şahidi olmamışıq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu