DünyaXƏBƏRLƏR

Obamanın simvolik tabutu yandırılıb

Buliviyada qəzəbli əhali Avropa ölkələrinin hərəkətlərinə etiraz olaraq, ABŞ prezidenti Barak Obamanın simvolik tabutunu, bu ölkənin Lapazdakı səfirliyi önündə yandırıblar.

Russia Today telekanalının verdiyi məlumata görə, Buliviyada bir qrub vətəndaş bəzi avropa ölkələrinin Buliviya prezidenti Evo Moralesi daşıyan təyyarəyə hava sərhədlərini bağlamalarına etiraz olaraq ABŞ-ın Buliviya paytaxtı Lapazdakı səfirliyi önünə toplaşıb və Barak Obamanın simvolik tabutunu yandırıblar.
Etirazçılar Səfirlik binasına yandırıcı maddələr atıblar.
Son günlərdə Fransa və Portuqaliya , Moskva səfərindən qayıdan Liviya prezidentini daşıyan təyyarəyə bu ölkələrin hava hüdudlarından keçmək icazəsi verməyiblər.Buna görə də Evo Moralesin təyyarəsi Avstraliyada bir aeroportda təcili enmək məcburiyyətində qalıb. Deyilənlərə görə, sözü gedən ölkələr Amerikanın təzyiqləri altında bu hərəkətə əl atıblar.
Amerika , bu ölkənin casusluq proqramını ifşa etmiş Eduard Esnodenin həmin təyyarədə olmasını ehtimal edirdi. Bu iddianı Bulivi hökuməti rədd etmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu