AsyaDünyaİranXƏBƏRLƏR

İran ordusu dəniz qüvvələri Qırmızı dənizdə uğurlu əməliyyat keçirib

İran İslam Respublikası ordusu dəniz qüvvələri komandanının əməliyyat üzrə müavini bu dəniz qüvvələrinin gəmi qrupunun Qırmızı dənizdə bir İran gəmisini dəniz quldurlarından xilas etdiyini bildirib.

Admiral Siyavuş Cəre deyib: Bu gün Qırmızı dənizdə dəniz quldurlarına aid 7 sürətli qayıq İran gəmisini oğurlamağa cəhd göstərib. Lakin İran ordusunun 29 saylı gəmi qrupu və xüsusi əməliyyat komandasının iştirakı ilə dəniz quldurları qaçıblar.
İran İslam Respublikası ordusu dəniz qüvvələri komandanının əməliyyat üzrə müavini bu gəmi qrupunun Qırmızı dənizə yenilərdə daxil olduğunu bildirərək əlavə edib: İran ordusu 29 saylı gəmi qrupunun dəniz quldurları ilə toqquşması bir neçə saat çəkib. Sonda dəniz quldurları hadisə yerindən qaçıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu