Yeni Zelandiya xarici işlər naziri Mori Mc Cally, görüşlər aparmaq və bəzi iqtisadi razılaşmalar imzalamaq üçün Tehrana gələcək.
İranın Yeni Zelandiya səfiri Cəlaləddin Nəmini Salehi etdiyi şərhdə Mc Cally’nin iki günlük Tehran ziyarətində xarici işlər naziri Mohammad Cavad Zərif və Kənd Təsərrüfatı naziri Mahmud hüccəti ilə görüşəcəyini ifadə etdi.
Salehi, bu ziyarət əsnasında İran və Yeni Zelandiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq razılaşması da imzalanacağını söylədi.
Görüşlərdə iki tərəf arasındakı ortaq iqtisadi və siyasi komissiyanın fəaliyyətlərinə təkrar başlaması da gündəmə gələcəkdir.
İki ölkə arasındakı ən son ortaq komissiya konfransı 5 il əvvəl təşkil edildi.