İşğalçı sionist rejim hərbçilərinin işğal olunmuş Fələstinin şimalındakı bir zindana basqını zamanı iyirmidən yuxarı fələstinli əsir yaralanıb.
Sionist hərbçilər çərşənbə axşamı günü işğal olunmuş Fələstinin şimalındakı Hayfa şəhərinin yaxınlığında yerləşən sionist Məcdu zindanına soxulub, zindan daxilində gözyaşardıcı qaz buraxaraq, iyirmidən yuxarı fələstinlini yaralayıblar.
Məcdu zindanının içərisinə basqın əsirlərin zindan başçılarının əsirlərə sanitariya və müalicə xidmətlərinin təqdim olunmasına diqqətsizlik göstərmə siyasətinə qarşı geniş etirazları və xəstə fələstinli əsir- Həsən Əl-Turabinin şəhid edilməsinin ardınca baş verib.
Digər xəbərlərə əsasən, işğal olunmuş ərazilərin cənubundakı Nəfhə məhbəsinin əsirləri də bu gün Əl-Turabinin şəhid edilməsinə etiraz olaraq, üç gün müddətinə özlərinin aclıq aksiyalarını başlayıblar.
İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinin ətrafındakı kəndlərdən birinin sakini olan iyirmi iki yaşlı fələstinli gənc- Həsən Əl-Turabi xərçəng xəstəliyinə tutulmuşdu və zindan başçılarının onun müalicə durumuna diqqətsizlikləri və onu müalicədən məhrum etmələri Əl-Turabinin şəhid olması ilə nəticələnib.
Belə bir halda, Qəzzə zolağındakı fələstinli qruplar ayrı-ayrılıqda bəyanatlar yayaraq, Həsən Əl-Turabinin işğalçı sionist rejimin məhbəsində şəhid olmasına reaksiya verib və sionist məsul şəxslərin əsirlərlə qeyri-insani rəftarlarını pisləyiblər.
Beləliklə işğalçı sionist rejimin məhbəsində şəhid edilmiş fələstinli əsirlərin sayı iki yüz səkkiz nəfərə çatıb.