SuriyaXƏBƏRLƏR

Terrorçular Suriyanı parçalamaq istəyir

Suriya xarici işlər nazirinin müavini, silahlı terroçuların Suriyanı parçalamağı qarşıya məqsəd qoyduqlarından xəbər verib.

 

Suriya xarici işlər nazirinin müavini Feysəl Əl-Miqdad ötən gün (cümə axşamı 28 noybar) Suriyadakı səfirlər və xarici heyətlərin başçıları ilə görüşdə deyib: Terrorçuların Suriyanın təhülkəsizliyini pozmaqdan əsas məqsədləri bu ölkəni parçalamaq və suriyalıları didərgin etməkdən ibarət olmuşdur.

Əl-Miqdad deyib: Qərb ölkələri başda olmaqla bəzi ölkələrin Suriyada baş verən cinayətləri pisləmədikləri, onların Suriyada baş verən qırğında əllərinin olduğunu göstərir və terrorizmə dəstək verən ölkələr, o cümlədən Fransa, Türkiyə və Ərəbistan, bu ölkədə baş verən cinayətlər qarşısında məsuliyyət daşıyırlar.

Suriya xarici işlər nazirinin müavini açıqlayıb: Dini abidələrin dağıdılması və onların içindəki əşya və  əmlakın talan edilməsi həmçinin dini alimlərin qətlə yetirilməsi və yaxud girov götürülmələri anti-suriya siyasətlərinin yalnız bir hissəsini təşkil edir və bu cinayətlər İraq, Livan və Fələstin xalqlarına şamil olur.

Əl-Miqdad beynəlxlaq ictimaiyyətdən istəyib ki, qarşıda dünyanın digər ölkələrinə köçürüləcəyi gözlənilən bu böhranın və  cinayətlərin qarşısında dayansınlar.

Suriya təmsilçisi həmçinin şəffaf şəkidlə bu ölkədə baş verən cinayətləri pisləyən ölkə başçılarına isə öz minnətdarlığını bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu