AzərbaycanFələstinİranXƏBƏRLƏR

Azərbaycanda yaşayan iranlılar üçün seçki məkanı elan olundu

Yüzlərlə sionist şəhərcik sakini İordan çayının qərb sahillərində Həzrət Yusifin (ə) məqbərəsinə hücum edərək bu müqəddəs məkana hörmətsizlik edib.

7 avtobusluq yüzlərlə sionist şəhərcik sakini bir qrup sionist rejim hərbçisinin dəstəyi ilə İordan çayının qərb sahilində Nablos şəhərinin şərqində Həzrət Yusifin (ə) məqbərəsinə basqın edib və öz dini mərasimlərini keçirib.

Bu məlumata görə, şəhərcik sakinlərinin Nablosun şərqində Bəlatə düşərgəsinə basqını ilə toqquşma baş verib. Sionist hərbçilər bu toqquşmada fələstinli gənclərə doğru rezin güllələr və gözyaşardıcı qazlardan istifadə ediblər.

Bu elə bir haldadır ki, sionist rejim ordusu hərbçiləri bu gün səhər əl-Xəlilin qərbində yerləşən Dura şəhərciyinə hücum edərək 4 fələstinli və bu şəhərin şimalında əl-Ərub düşərgəsinə hücumda isə 2 fələstinlini həbs ediblər.

Bu məlumata əsasən, sionist hərbçilər həmçinin bu gün İordan çayının qərb sahilində Tul-Kərəm şəhərinə hücum edərək 2 fələstinlini oğurlayıblar.

İsrail rejimi ordusu qüvvələri həmçinin əl-Xəlilin cənubunda yoxlama keçid məntəqəsi yaradaraq avtomobilləri və sərnişinləri yoxlayıb və 1 fələstinlini həbs ediblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu