Anar Məmmədlinin həbsi hakimiyyət üçün baha başa gələ bilər
Azərbaycan Respublikası hakimiyyəti Anar Məmmədlini həbs etməklə özünə mürəkkəb problem və böyük dərdisər yaradıb.
Agah mənbələrdən aldığımız məlumata əsasən, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” adlı qurumun sədri Anar Məmmədlinin sırf siyasi fəaliyyətinə görə deyil, təşkilat baxımından da Qərb və ələlxüsus sionist rejim İsrail orqanları ilə sıx bağlılığı var.
Anar Məmmədli Bakıda deputat Səməd Seyidovun rektorluğu ilə fəaliyyət göstərən və sionist rejimin Bakıdakı səfirliyi ilə sıx bağlılığı olan Dillər Universitetinin yetişdirdiyi kadrlardandır.
Beləliklə Anar Məmmədlinin Azərbaycan Respublikası iqtidarı tərəfindən həbs edilməsi tez bir zamanda Qərb təşkilatlarının təpkisi ilə qarşılandı. Belə ki, bir çox hərəkətlərində qərb təşkilatlarının meylini nəzərə alıb addım atan Azərbaycan Respublikası iqtidarı bu dəfə Anar Məmmədlinin həbsində yanıldığını düşünür. Ancaq bu addımdan geri çəkilmək bir qədər Azərbaycan hakimiyyəti üçün çətindir. Bu səbəbdən Anar Məmmədlinin həbsi başqa siyasi həbslərə nisbətən iqtidar üçün daha da baha başa gələ bilər.