DünyaXƏBƏRLƏR

Təhrifin bazarı bir az da qızışır; “BBC” az idi “CBC” də gəldi

Fars dili bölməsində İrana qarşı təbliğat aparmaqla məşğul olan ATV İnternational telekanalı Azərbaycan Dövlət Neft Şirkətinin ixtiyarına verildikdən sonra “CBC”(Caspian Broadcasting Company) kanalına çevrildi.
Aprelin 10-da Bakıda bu münasibətlə təşkil edilən mətbuat konfransında ATV telekanalının prezidenti Vüqar Qaradağlı bildirdi ki, 2009-cu ildən “milli kimliyi” təbliğ etmək və diaspora işləri ilə uğurlu formada məşğul olan ATV İnternational kanalı biznes mahiyyəti daşımadığı üzündən texniki və maliyyə problemləri ilə üz-üzədir. Buna görə də, satışa çıxarılıb və Azərbaycan Dövlət Neft Şirkəti də onu alıb.
Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov da dedi: Bu şirkət yalnız Azərbaycanda deyil, digər ölkələrdə də beynəlxalq layihələr icra edir.
X.Məmmədov CBC kanalının nə qədər büdcəyə malik olmasını açıqlamaqdan çəkinərək, deyib: Neft Şirkətinin rəhbərliyi qərara alıb ki, bu telekanal lazımi büdcə ilə təmin edilsin və bu telekanal yeni müasir təchizatlar ilə təmin edilsin. Bundan sonra bu telekanal regionun birinci telekanalına çevriləcək.
Bu mətbuat konfransında həmçinin bildirilib ki, Azərbaycan Respublikası Milli Radio və Televiziya Şurası CBC kanalının bəzi peyklər üzərindən yayımı üçün 6 illik lisenziya verib.
Azərbaycan Respublikası Parlamentinin keçmiş üzvü və iqtisadçı ekspert Natiq Məmmədov bu telekanalın ARDNŞ-a verilməsini tənqid edərək, deyib: Bundan sonra bu telekanal neft şirkətinin böyük maliyyə mənbəyinə söykənərək, öz işçilərinə daha yüksək əmək haqqı və əlavə imtiyazlar verməklə ölkədə digər telekanallar arasında rəqabət imkanını əllərindən almış olacaq.
Qeyd etmək lazımdır ki, ATV İnternational kanalı artıq adını CBC kanalına dəyişib və ARDNŞ-ın mülkiyyətinə çevrilib. Bu telekanal Fars, Rus, İngilis və Erməni dillərində verilişlər yayımlayır.
Bu telekanalın fars dilində aparılan yayım bölməsində İrana qarşı xəbərlər efirə verilir. Bu baxımdan İsrail radiosunun fars dilində verdiyi xəbərləri xatırladır. Bu baxımdan tamaşaçı auditoriyasının rəğbətini qazana bilmir.
Azərbaycan Dövlət Neft Şirkəti İngiltərənin BP neft şirkəti ilə nəhəng istismarçı müqavilələr imzalamasına görə dolayısı ilə İngiltərənin neft maraqlarının təminatçısına çevrilib. Elə buna görə də telekanalın CBC adlandırılmasında da İngiltərənin BBC kanalı nümunə götürülüb ki, bu da düşündürücü məqam sayılır.
CBC kanalının mahiyyəti haqda da demək lazımdır ki, Azərbaycan dövlətçiliyi, milli kimlik və diaspora işləri adlandırılan məsələlər əslində Azərbaycan və İranın müştərək tarixinin təhrif edilməsi, milli kimliyin saxtalaşdırılması, qondarma tarix və mədəniyyətin formalaşdırılması deməkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu