BƏƏ Əmri Xəlifə Bin Zayid Al-i Nahyan, Tehran ilə yaxşı əlaqələri yolunda tək maneənin, İrana aid olan üç adalar üzərindəki mülkiyyət hüququ münaqişəsi olduğunu açıqladı.
Ölkəsinin 43. Milli Günü dolaysıyla bir danışma edən BƏƏ Əmri Xəlifə Bin Zayid Al-i Nahyan, İran ilə daha yaxşı əlaqələr istədiklərini ifadə etdi.
BƏƏ Əmri, bölgədə daha çox dinclik üçün Tehran ilə daha yaxşı əlaqələr arxasında olduqlarını, lakin Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları üzərindəki mülkiyyət hüququ münaqişəsi buna mane olduğunu, İranın bu mövzuda heç bir həll yolunu və ya uzlaşmağı və ya müzakirə etməyi qəbul etmədiyini irəli sürdü.
İran isə dəfələrlə BAE’nin İrana aid olduğu qəti olan üç adalar üzərində heç bir haqqı olmadığını ifadə edərkən, BƏƏ arada bir əsassız iddiasını təkrarlayır.