Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) dövləti bir sərəncam verərək, bu ölkədə mövcud olan bütün şirkətlərə tapşırıbdır ki, fələstinli, suriyalı və livanlı şiələri işə götürməkdən çəkinsinlər.
Livanda çıxan “Əl-Əxbar” qəzetinin yazdığına görə, BƏƏ başçıları bir neçə gün bundan qabaq bir sərəncam verərək, bu ölkədə fəaliyyət göstərən bütün şirkətlərdən istədilər ki, fələstinli, suriyalı və xas bir məzhəbdən olan livanlıları işə götürməkdən çəkinsinlər.
Hazırda Birləşmiş Ərəb Əmirliklərində 30 min livanlı bu ölkədən çıxarılma təhlükəsi ilə üz-üzədir, halbuki hər gün minlərlə banqladeşli, hind, filippinli və pakistanlı bu ölkəyə daxil olur və BƏƏ-nin bütün mərkəzlərinə nüfuz edir.
Fars Körfəzi ətrafındakı ərəb ölkələri Hizbullah ilə əməkdaşlıq iddiası ilə iş adamları daxil olmaqla bəzi livanlıların məskunlaşma müddətinin uzadılmasından çəkinərək, onlara xəbərdarlıq ediblər ki, öz haqq-hesablarını ödəyərək, bu ölkəni tərk etsinlər.
Qətər dövləti də bir neçə gün bundan qabaq Hizbullahdan asılı olmaq ittihamı ilə 18 livanlını bu ölkədən çıxardı.
Fars Körfəzi Əməkdaşlıq Şurası dövlətlərinin Hizbullaha qarşı ədavətli mövqeləri bu partiyanın Ərəbistan və Qətərin himayələri altda olan terrorçuların kobudluq yolu ilə Suriya quruluşunun devrilməsi üzrə səyləri və Suriyada qırğın ilə müxalif olmasına reaksiyada tutulubdur.
Fars Körfəzi Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Oman, Küveyt və Birləşmiş Ərəb Əmirliklərindən təşkil olunubdur.