FələstinXƏBƏRLƏR

BMT Qəzzə mühasirəsinin davam etməsi haqda xəbərdarlıq etdi

BMT-nin işğal altında olan Fələstindəki Humanitar İşlər üzrə Koordinasiya Ofisi Qəzzənin mühasirəsinin davam etməsi haqda xəbərdarlıq edib.

Fələstin İnformasiya Agentliyinin məlumatına görə, BMT-nin işğal atlında olan Fələstindəki Humanitar İşlər üzrə Koordinasiya Ofisi bir bəyanat yayaraq, bildirib: Sionist rejim Qəzzənin mühasirəsini gözə çarpacaq dərəcədə daraldıb. Bu da Qəzzədə yaşayan 1.5 milyon fələstinlinin həyatını ciddi təhlükə ilə üzləşdirib.
Fələstin mənbələri də xəbərdarlıq edərək, bildiriblər ki, Qəzzə zolağında yanacaq qıtlığı artıq insan faciəsinə səbəb ola biləcək həddə çatıb.
İndiyə kimi 400 fələstinli xəstə dərman və səhiyyə imkanlarının çatışmazlığı üzündən həyatını itirib. Hazırda da yüzlərlə fələstinli xəstənin həyatı təhlükədədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu