AsyaDünyaFələstinXƏBƏRLƏR

Həmas, İsrail rejiminin hədələri qarşısında müqavimətin aparılmasına təkidi

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) Sionist İsrail rejiminin cinayətləri və hədələri qarşısında müqavimətin davam etməsi üzərində təkid edib.
Fələstin Əlan portalının verdiyi məlumata əsasən, Həmasın yüksəkrütbəli üzvlərindən olan Səlah Əl-Bərdovil deyib: Sionist İsrail rejimin yeni hədələri əslində Qəzzə zolağı və Fələstin xalqının seçdiyi hökuməti devriltmək məqsədi istiqamətində və Fələstin xaqlını qorxutmaq niyyəti ilə həyata keçirilir.
Əl-Bərdovil həmçinin bu hədələrin əsas məqsədinin Fəth və Həmas hərəkatları arasında ixtilafin törədilməsi olduğunu deyərək bildirib ki, İsrail rejimi (2008-ci iliin sonunda və 2009-ci ilin ilk günlərində) baş verən 22 günlük müharibədən əldə etdiyi təcrübəyə əassən, Qəzzə zolağına qarşı yeni hücuma keçmək iqtidarında deyil.
Həmas Hərəkatının yüksəkrütbəli təmsilçisi deyib: Bu hərəkat Sionist İsrail rejimi hədələrindən heçdə qorxmur və Qəzzəyə edilən hər hansı bir hədələr qarşısında beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığını düşünür.
Əl-Bərdovil təkidlə bildirib ki, Sionist İsrail rejimi Fələstin xalqının iradəsini sındırmaq iqtidarında deyil zira fələstin xalqı öz iradəsi ilə kimlərin onlara hökumət edəcəyini təyin edir.
Sionist İsrail rejiminin Strategiya məsələləri üzrə naziri Yufal Ştaynents son zamanlar hədə xarakterli çıxışında bildrimişdi ki, Qəzzə zolağı istiqamətində baş tutan raket hücumları dayandırılmadığı təqdirdə, Sioinst İsrail ordusu Fələstin qanuni hökumətini devrildərək, Qəzzə zolağının nəzarət işlərini Ramullahdakı Fələstin Özünü İdarə Təşkilatına təhvil verəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu