
Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Bəhreyn xalqının dinc etiraz aksiyasına qarşı güc tətbiq edib.
Bəhreyn vətəndaşları dünən martın 14-də ölkə səviyyəsində etiraz aksiyalarının təşkil edilməsinə hazırlıq məqsədilə müxtəlif məntəqələrdə o cümlədən Sitrə adası, Səfal, Sənabis və Nəvidratda nümayişlər təşkil edib və işğalçı Ərəbistan qüvvələrinin ölkədən çıxarılmasını və Ali-Xəlifə rejiminin devrilməsini istəyiblər.
Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına hücum edərək, insanlara qarşı gözyaşardıcı qazlardan və rezin güllələrdən istifadə ediblər.