AsyaBəhreynDünyaXƏBƏRLƏR

Bəhreyn rejimi nə üçün Şeyx Salmanı həbs etmişdi?

Meratül-Bəhreyn internet saytı Şeyx Əli Salmanın həbs edilməsi xəbərinə reaksiyada belə yazmışdı: Sual yaranır ki, nə üçün Bəhreyn rejimi belə bir axmaq hərəkətə əl atdı və Bəhreyn müxalifətinin rəhbərlərindən birini həbs etdi? Bəhreynli müxaliflərin internet portalı olan Meratül-Bəhreyn saytında bu suala təhlili bir cavab verilibdir.

Şeyx Əli Salman 2013-cü ildə Bəhreyn inqilabının hərəkətlərini qiymətləndirmə haqdakı sözlərinə görə istintaqa məruz qaldı. Şeyx Əli Salmanın sözlərinin xülasəsi bu idi ki, hökumətin təşrifat və göründü hərəkətləri məğlubiyyətə uğrayıb və ölkədə heç bir dəyişiklik baş verməyib. Bəhreyn hələ də repressiv bir hökumət tərəfindən idarə edilir ki, ən ilkin insani istəkləri repressiyaya məruz edir. O sözlərini belə başladı, amma daha mühüm mətləblər, Şeyx Salmanın çıxışının sonunda bildirildi: Rejim içərisində böyük bir gərgin vəziyyətə malikdir ki, hər yerdə zahir olur. Rejim, Bəhreyndə şiələrin olmasını inkar etmək istəyir. Bu ölkədəki şiələrin varlığının bütün nişanələrinin gizli saxlamaq istəyir. “ Komandir Məhəmməd Əl-Bərbəği” Məscidi 400 il keçmişə malikdir və bu elə bir haldadır ki, Bəhreyndə hakim xanədanın ömrü yalnız 230 ilə çatır ki, elə buna görə bu məscidi məhv edib, yada ki, onu ümumi fikrin gözü önündən gizlətməyə çalışır.

Şeyx Əli Salman deyib: Bir iynə ucu belə geri oturmayacağıq və 2014-cü ili dinc mübarizəni davam ilinə çevirəcəyik”. Elə həmin cümlə müxalifət ələmini daha da dalğalandırdı və Şeyx Əli Salmandan “ bizi Bəhreyn səhifəsindən silə bilməyəcəksiniz” cümləsinin eşidilməsinə səbəb oldu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu