Bəhreyn xalqı Ali-Xəlifə rejimi tərəfindən tətbiq edilən məhdudiyyətlər və təzyiqlərə rəğmən dağıdılmış məscidlərin kənarında camaat namazı təşkil edir.
Bəhreyndə çıxan əl-Vəsət qəzetinin yazdığına görə, Bəhreyn vətəndaşları hakim rejim tərəfindən dağıdılmış məscidlərin kənarında camaat namazı qılıblar.
Ali-Xəlifə rejimi 2011-ci ilin fevralında ölkədə inqilabın başlanmasından bəri bir sıra məscidləri dağıdıb və onların yenidən bərpa edilməsinə icazə vermir.
Həmçinin, Bəhreyn rejimi başqa bir hərəkətdə xalqa bu məscidlərin xarabalıqları kənarında namaz qılmağa icazə vermir. Eyni zamanda bu məscidlərin torpaq ərazilərini müsadirə edərək, məscidləri uzaq və kənar məhəllələrə köçürməyə çalışır.
Bu gün on minlərlə bəhreynli paytaxt Manamanın qərbində yerləşən Azadlıq meydanında aksiya təşkil edərək, Ali-Xəlifə rejiminin zorakılıqlarına, zindanda qadın məhbusa təcavüzün edilməsinə etiraz ediblər.
Bazar günü keçirilən bu aksiyada ” Xalq öz ləyaqəti və şərəfini qoruyacaq” şüarı verilib.
Bəhreynin Milli Vifaq cəmiyyətinin sədri Şeyx Əli Salman deyib: Həbsdə olan qadına təcavüz etmək bir daha sübut etmiş oldu ki, Ali-Xəlifə rejimi öz qanuniliyini itirib.
Şeyx Əli Salman dünya ictimaiyyətindən istəyib ki, Bəhreyn rəsmilərinə öz cinayətlərini durdurmaları üçün təzyiq göstərsin.
Bəhreynin Milli Vifaq cəmiyyətinin sədri Ali-Xəlifə rejimini qeyri-qanuni, qeyri-demokratik və zalım rejim adlandırıb və xalqı bu rejimə qarşı itaətsizliyə dəvət edib.