Bəhreynin insan haqları mərkəzi Ali-Xəlifə rejiminin zindanlarında məhbusların sistematik və proqramlaşdırılmış şəkildə işgəncə edilməsindən xəbər verib.
Bəhreynin insan haqları mərkəzi Ümumdünya İşgəncə Qurbanlarını Himayə Günü münasibətilə bir bəyanat yayaraq, Ali-Xəlifə rejiminin zindanlarında həbsdə olan müxaliflərin ötən bir il ərzində sistematik formada işgəncəyə məruz qaldıqları haqda dəlil və sübutların olduğunu bildirib.
Bu bəyanatda deyilir: Bəhreyn zindanlarında Ali-Xəlifə rejimi ilə müxalif olanlar gizli şəkildə işgəncə edilirlər. Təhlükəsizlik qüvvələrinin ləyaqətsizliyi o həddə çatıb ki, işgəncə prosesini lentə almaqdan belə utanmırlar.
Bəhreynin insan haqları mərkəzi Bəhreyndə cəzadan yayınma siyasətinin yürüdülməsinə işarə edərək, bildirib: Bu siyasət məhbusların işgəncə edilməsinin davamına səbəb olub.
Bəhreynin insan haqları mərkəzinin bəyanatına görə, Bəhreyn kralı Həməd bin İsa Ali Xəlifənin 56 saylı fərmanı bu siyasətin bariz nümunəsi sayılır. Belə ki, Bəhreyn kralı 2002-ci ildə bu fərman ilə ötən 90 ildə işgəncə amillərinin hamısını əfv etmiş oldu.
Bəhreynin insan haqları mərkəzi həmçinin bildirib ki, Ali-Xəlifə rejimi 2013-cü ilin aprelində BMT-nin işgəncə üzrə xüsusi məruzəçisi Xuan Mendosun cari ilin 15-18 may tarixi üçün nəzərdə tutulan Bəhreyn səfərini ləğv edib.
Bəhreynin insan haqları mərkəzi bu siyasətin durdurulmasını zəruri adlandırıb və Bəhreyn zindanlarında işgəncə amilləri ilə bağlı dərhal müstəqil araşdırmaların aparılmasını istəyib.