Bəhreynlilər Ali-Xəlifə diktatora rejiminin repressiya siyasətləri əleyhinə bir daha anti-hökumət aksiyaları təşkil etdilər.
Press TV-nin verdiyi məlumata görə, paytaxt Manama və Buri şəhərinin sakinləri cümə axşamı günü ( 12 iyun ) gecə Ali-Xəlifə rejimi hərbçilərinin geniş repressiya siyasətlərinə rəğmən aksiyalar təşkil edərək özlərinin qanuni tələblərinə təkid ediblər.
Qeyd etmək lazımdır ki, hüquq və azadlıqları himayə üzrə beynəlxalq mərkəzi sədrinin sözlərinə görə , BMT-nin İnsan Haqları Şurasına üzv olan 46 ölkə bu şuranın son iclasında bir bəyanat imzalayaraq Ali-Xəlifə rejiminin cinayətlərini pislədilər.
BMT-nin İnsan Haqları Şurasının 26-cı sessiyası iyunun 10-dan başlayıb və iyunun 27-nə qədər davam edəcək.