Bəhreyndə nəşr olunan əl-Vasat qəzeti, Al-i Xəlifə məhkəməsinin məscidlərdə camaat və cümə namazının qılınmasını qadağan edildiyini və 26 şübhəli haqqında 3-10 il həbs cəzası verdiyini bildirdi.
Bəhreyn Prokurorluğu hazırladığı iddianamədə, bu kəslərin ictimai malına zərər verdiyini irəli sürmüşdü.
Digər tərəfdən, Bəhreyndə Al-i Xəlifə rejiminin nəzarətində çalışan məhkəmə, bu ölkədəki 40 məsciddə Cümə və camaat namazının qılınmasını qadağan etdi.
Əl-Vasat qəzetinin verdiyi xəbərə görə, Bəhreynin ed-Deraz məscid imamı Şeyx Məhəmməd Sankur, xütbə oxumasını qadağan edən bir məktub aldı.
Keçdiyimiz günlərdə, Cümə və camaat namazı qıldıran bəzi din adamları Bəhreyndə məhkəməyə çağırıldı.
Bəhreynli alimlər daha əvvəl etdiyi şərhdə, Bəhreyndəki şiələrin çox pis şərtlərdə yaşadığı, bu günlərdə rejimin sistematik zülmünün zirvəyə çıxdığını, Şiə vətəndaşların ən böyük İslami fariza olan Cümə və camaat namazına qatılarkən etibarsızlıq duyduqlarını elan etdilər