Amerikanın Los-Anceles şəhərinin hava limanında baş vermiş atəşaçma hadisəsi nəticəsində bir nəfərin həlak olduğu və bir neçə nəfərin isə yaralandığı bildirilir. Hadisə yerindən əldə edilən televiziya kadrlarına əsasən bir neçə nəfər təcili tibbi yardım maşınları ilə insident məkanından aparılıb.
İRİB-nin verdiyi məlumata görə hadisə hələ davam edir və polis qüvvələri insident məkanında sıx formada yerləşiblər.
Amerikanın Nəqliyyat Agentliyinin sözçüsü Frans-Presslə müsahibədə bu hava limanında atəşaçma hadisəsinin baş verməsindən xəbər vermişdi.
Bəzi məlumatlara görə bu atəşaçma hadisəsində şübhəli bilinən şəxsin yaralılar arasında olduğu, bəzi məlumatlara əsasən isə onun həlak olduğu bildirilir.
Bu hadisənin baş verməsinin ardınca Los-Ancelesdəki bütün uçuşlar ləğv edilib.