Misirdə informasiya mənbələri ölkənin ədliyyə nazirliyinin Misirin vəzifəsindən kənarlaşdırılmış prezidenti Məhəmməd Mursiyə qarşı həbs hökmünün növbəti 15 gün üçün uzadılmasından xəbər verib. Məlumatı France-Presse xəbər agentliyi yayıb.
Mursi iki aydır ki naməlum yerdə həbsdədir. Misirin müvəqqəti hökumətinin rəsmiləri onu Exvan-əl-müslimin partiyasının tərəfdarlarını ölkədə sabitliyi pozmaq və iğtişaş yaratmağa təşviq etməkdə ittihamlandırırlar.