İngiltərə dövlətinin rəsmi statistikaları göstərir ki, 2012-ci ildə Londonda uşaqlar üçün ən çox sevilən ad Məhəmməd olub. Həmin ad bütün İngiltərə və Velsdə isə ikinci ən çox sevilən ad olub.
Britaniyanın milli statistika bürosunun məlumatı göstərir ki, Məhəmməd adı bütün İngiltərə və Velsdə oğlan uşaqları üçün 7139 dəfə seçilərək Hari adından sadəcə 29 ədəd ixtilafla ən çox sevilən ikinci addır. İngiltərə krallığının 1707-ci miladi ilində təsis edildiyi vaxtdan bu ölkədə mövcud olan İslam dini bu gün ölkənin ikinci əsas dininə çevrilib. Hal-hazırda Britaniyada əhalinin 5%-indən ibarət olan 2.7 milyon nəfər müsəlman yaşayır.
Müsəlmanlara qarşı İngiltərədə mənfi təbliğatların getməsinə rəğmən, bu ölkədə son illər ərzində İslam daha da inkişaf etmişdir. İngiltərə və Velsdə müsəlmanların sayı 2001-ci ildə 1.7 milyon nəfər olmuşdur.